Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xoşqədəmin sanatoriyaya yerləşdirdiyi şəxsi qaçırdılar - VİDEO

“Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının Bilgəhdə psixoloji problemi olan insanlar üçün nəzərdə tutulmuş sanatoriyaya yerləşdirdiyi Rzayev İbadət Məsiağa oğlu yaxınları tərəfindən oradan qaçırılıb.

Mynews.az ölkə.az-a istinadla xəbər verir ki, İbadət Rzayev iyirmi il anası Ağayeva Şəhla Söhbət qızı tərəfindən zəncirlənərək saxlanılıb. X.Hidayətqızı faktın üstünü açdıqdan sonra Masallı rayon Çaxırlı kənd sakinini Bakıya gətirsə də, yaxınları Rzayevi sanatoriyadan qaçırmağa nail olublar.

Başqa bir məlumata görə, süjetin efirə verilməsindən iki gün keçsə də, nə Masallı Rayon icra Hakimiyyəti, nə də hüquq-mühafizə orqanları məsələyə rəsmi münasibət bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...