Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazəninin başına İŞ GƏLDİ - “Varlı kişi məni çağırdı masasına, əlini saldı boynuma...”

Tanınmış müğənni Nazənin ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində şou-proqramlara getmədiyini bildirib.

Mynews.az xəbər verir ki, müğənni bunun səbəbini həmin yerlərdə içkili şəkildə ona yaxınlaşan kişilərin olması ilə izah edib:

“Bir neçə qadın gəlib şəkil çəkdirmək istədi. Qadınlar gələndə, qəfil arxadan da bir kişi onları kobudcasına itələyib, şəkil çəkdirmək istədiyini bildirdi. Gəldi, əlini saldı boynuma. Elə pis oldum ki, bundan başqa bir dəfə də, varlı kişilərdən biri gördüm ki, barmağı ilə işarə edib, məni çağırır. Aparıcıya deyib ki, ona denən gəlsin mənim masamda oxusun. Bunu deyən adam fikirləşmir ki, qarşıma olan insan məni pulu ilə çəkər. Düzdür, bəzi sənət nümayəndələri var ki, bunu edirlər, pul yığırlar”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...