Aparıcı Xoşqədəmin efirində dəhşətli ETİRAF - "Uşağımı yanacaqdoldurma məntəqsində tərk etdim" - VİDEO
"6 ay sonra anladım ki, hamiləyəm".
Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə kömək üçün müraciət edən qadının həyat hekayəsi hər kəsi göz yaşlarına boğub.
Zaqatala rayon sakini başına gələnləri Xəzər TV-yə danışıb. O, 18 il əvvəl yanacaqdoldurma məntəqəsinə tərk etdiyi qız övladının axtarışına çıxıb.
"18 il əvvəl qonşumuza qonaq gələn bir oğlanla tanış oldum. O, Çeçenistan vətəndaşı idi. Məni sevdiyini, evlənəcəyini deyirdi. Məni qohumunun evinə apardı. Sonra o, insandan bir xəbər çıxmadı. 6 ay sonra anladım ki, hamiləyəm. Tibb bacısı işləyən qonşum var idi. Ondan kömək istədim. O, məni müayinəyə apardı və məlum oldu ki, hamiləyəm. İki qardaşım var idi. Çox qorxmuşdum. Həmin tibb bacısı mənə kömək edəcəyini dedi. Məni Mingəçevir şəhərinə apardı. Orada həkim dedi ki, sənə elə iynə vuracam ki, uşaq ölü doğulacaq. Lakin belə olmadı, körpə dünyaya sağ salamat gəldi. Mən ona süd belə vermədən yanacaqdoldurma məntəqsində tərk etdim. Mən onun uşaqlığını əlindən aldım".
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 947 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 937 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 936 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 934 dəfə oxunub