Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ancelina Coli və Kriştianu Ronaldo türk serialına çəkilmək istəyirlər

Məşhur aktrisa Ancelina Coli və futbolçu Kriştianu Ronaldo türk serialına çəkilmək istəyirlər.

Mynews.az -ın APA-ya istinadla məlumatına görə, “Həyat körpüsü” adlı treylerin çəkilişləri Qaziantəp şəhərində aparılacaq.

Serialda Suriyadakı hərbi münaqişədən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin taleyindən bəhs edilir.

Filmin direktoru Eyül Dirlikin sözlərinə görə, Ronaldo və Coli serialda çəkilmək istəyən məşhurlar arasındadırlar.

Serialda baş rollardan birini oynayacaq Perihan Savaş çəkilişlərin mart ayında başlayacağını bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...