Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İkinci dəfə peşman olmaq istəmirəm" - Azərbaycanlı teleaparıcı gizlin ailə həyatı qurub?

Tanınmış teleaparıcı Murad Əzimzadə dilinin bəlasına düşüb. Aparıcının bir neçə gün əvvəl şəxsi həyatı ilə bağlı verilişlərdən birinə verdiyi müsahibəsi tamam başqa bir yerə yozulub. Murad bu haqda milli.az-a danışıb:

"Bir neçə gün öncə "ATV maqazin 10-larla" verilişinə verdiyim müsahibə insanlarda tamam başqa təəssürat yaradıb. Belə ki, verilişdən sonra bir çox dostlarım məni təbrik etməyə başladılar. Hamı məni "nişanlanma"ğım münasibəti ilə təbrik edirdi. Mən, sadəcə olaraq, müsahibədə həyatımda bir xanımın olduğunu etiraf etmişdim.

Bu münasibətin axırının nişanlanmaqla, evlənməklə bitib-bitməyəcəyini heç kim bilmir. Konkret olaraq ortalıqda bir şey yoxdur. Bir sözlə, hələ ki, evlənmirəm, subayam. Evlənmək məsuliyyətlidir, taleyüklü ağırlığı olan bir addımdır. Düşünürəm ki, tələsmək olmaz. Səbrlə həyatın gedişini, bu həyat gedişində insanların addımını müşahidə etmək lazımdır. İkinci dəfə peşiman olmaq istəmirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...