Məşhur müğənni VƏFAT ETDİ - FOTO
Soul janrının məşhur ifaçılarından Çarlz Bredli 69 yaşında Nyu-Yorkda vəfat edib.
Mynews.az apa-ya istinadən xəbər verir ki, bu barədə müğənninin "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Müğənni mədə xərçəngindən vəfat edib.
Qeyd edək ki, Ç. Bredli 1948-ci ildə Floridada anadan olub. Müğənni kimi 1960-cı illərdə səhnəyə çıxan Ç. Bredli karyerasında uğurlara son illərdə nail olub. Müğənninin ilk albomu yalnız 2011-ci ildə satışa çıxıb. Ç. Bredli bu müddət ərzində aşbaz işləyib, klub və restoranlarda çıxış edib. Məşhur prodüser Qabriel Rot onu belə çıxışlarının birində kəşf edib və albom çəkilişinə dəvət edib. 2016-cı ildə üçüncü albomundan sonra müğənni tez-tez televiziya verilişlərinə dəvət olunub, konsertləri təşkil edilb, "Emmi" mükafatına layiq görülüb.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub