Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Manaf Ağayev oğlunun qalmaqallı toyundan danışdı

Sosial şəbəkədə və bəzi KİV-lərdə müğənni Manaf Ağayevin məhərrəmlik ayının ilk günü oğluna toy etdiyi barədə xəbərlər yayılıb.

Xəbərlərdə bildirilir ki, müğənni öncə verdiyi açıqlamada məhərrəmliyin axşam saatlarında girəcəyini, buna görə də toyun saat 7-8 ərəfəsi bitəcəyini bildirib.

Toydan sonra isə "Xəzər TV"-də yayımlanan "Hər şey daxil" verilişində deyib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: "Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı".

Sosial şəbəkə üzvləri məlumatı paylaşaraq müğənnini qınayıb, onu yalan danışmaqda suçlayıblar.

Metbuat.az olaraq məsələyə aydınlıq gətirmək üçün M.Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, yayılan xəbərlər tamamilə yalandır:

“Hamısı boş sözlərdir, yalan söhbətlərdir”.deyib telefonu söndürdü.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...