Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı modellər mükafata layiq görüldülər

Gürcüstanın Batumi şəhərində oğlanlar və qızlar arasında keçirilən “Miss & Mister Planet - 2017” model müsabiqəsinin final mərhələsi başa çatıb.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, ölkəmizi yarışmada Günel Məmmədova, Fəxri Qasımov və Elşad Məhərrəmov təmsil edib. G.Məmmədova “Top - 5” siyahısına düşərək,“Miss Planet Top Model - 2017” nominasiyasına layiq görülüb. Digər təmsilçimiz F.Qasımov “Best Evening Wear - 2017” titulunu qazanıb, Elşad Məhərrəmov isə ilk beşliyə daxil olub. 

Müsabiqədə Türkiyəni təmsil edən həmyerlimiz Həmidə Hacızadə “Miss Planet Star - 2017” nominasiyasına layiq görülüb.

“Miss & Mister Planet - 2017” model müsabiqəsinin qalibləri portuqaliyalı Kamilla Vitorino və gürcüstanlı Zura Tsilosani olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...