Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Məndən min manat pul aldı" - Əkbər ATV və Azər Zahidi biabır etdi

"Həyat bumeranqdır və qanunları var. Sən "Yoxlama"dan keçmədin, Azər".

Mynews.az-ın məlumatına görə, bu sözləri primetime.az-a ötən gün ATV-dən qovulan aparıcı Azər Zahidin ünvanına müğənni Əkbər Əliyev söyləyib.

O, Azərlə aralarında baş verən ədavət haqda izləyicilərini belə məlumatlandırıb: "Vaxtilə ATV-də "Arı şou" yayımlanırdı. Azər Zahid mənə zəng vuraraq yardım əlini uzatmaq istədi. Mən də razılıq verdim. 1000 AZN pul civarında pul ödəməliydim ki, verilişə çıxım (cavanlıq səhvim). Azərə o pulu verdim və verilişə çıxdım. Veriliş bitənə yaxın proqramın prodüseri mənə yaxınlaşaraq dedi ki, "siz 1000 manat pul ödəməlisiniz". Təbii ki, söz-söhbət olmasın deyə susdum. Mənim səhvim həmin vaxt Azər adlı şəxsə 1000 manat ödədiyimi deməməyim oldu. Əkbər əvvəllər heç kim ATV-nin qara siyahısında olmaq istəmidiyini vurğulayıb və Azərin işdən çıxmasına sevindiyini deyib: "Mən yenə də borc götürüb həmin məbləği ödədim və üç ay ərzində Azəri tapa bilmədim. Onu bu günə kimi bağışlaya bilmirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...