Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elton: - "İndi sevgini maddiyata bağlayıblar"

Məşhur ifaçı Elton Hüseynəliyev "10-dan sonra" verilişinə maraqlı açıqlama verib.

BiG.AZ xəbər verir ki, ifaçı əsasən sevgi məsələsinə toxunub.

"Əsl sevgi ailə sevgisidir. İnsan var ki, bunu əvvəldən anlayır, eləsi də var heç başa düşmür. İndi sevgini maddiyata bağlayıblar. Əvvəl gəlib pəncərəsində mahnı oxuyar, yoluna gül düzərdilər. İndi isə sevgi mesaja, zəngə bağlanıb".

Məşhur müğənni bildirib ki, indi adamı valeh edən sevgi yoxdur:

"İndi yaşanan sevgilərin kökündə maddiyat durur. Eşq yaşayanları bir-birinə pul bağlayır. Deyirlər, filankəs filankəslə eşq yaşayır, görəsən, ona nə aldı? Maşın, ev aldısa, bu da məhəbbətdir, sevgilidir."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...