Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elgiz Əkbər aparıcılıqdan uzaqlaşmağı barədə DANIŞDI: - "Bəli, verilişdən çıxmışam" - AÇIQLAMA

Son günlər qalmaqallı "Səhər səhər" verilişinin aparıcısı olan Elgiz Əkbər veriliş aparıcılığından uzaqlaşıb, onun yerinə isə aparıcı qismində Rövşanə Bektaşi yayıma çıxıb. 

Bu barədə BiG.AZ-a danışan Elgiz Əkbər özü fakti təsdiqləyib: "Bəli, mən verilişdən çıxmışam. Amma həmişəlik deyil, mən rəhbərlikdən bir müddətlik icazə almışam. Hələlik verilişi Rövşanə xanım aparacaq. İcazənin müddəti və icazə səbəbim haqqında danışmaq istəmirəm? sadəcə bir müddətdən sonra yenidən qayıdacam". 

Rövşanə Bektaşinin aparıcılıq etdiyi "Gəlin danışaq" verilişindən danışan Elgiz Əkbər elə öz verilişini özünün aparacağını dedi: "Rövşanə xanım elə öz verilişini özü də aparacaq. Sadəcə bir müddətlik mən olmadığım üçün "Səhər səhər" verilişini də Rövşanə aparacaq. Bu barədə telekanal rəhbərliyi də açıqlama verəcək". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...