Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tacı əlindən alınan Türkiyə gözəlinə təzminat davası açıldı - FOTO

“Miss Türkiyə - 2017” gözəllik yarışmasında birinci seçildikdən sonra “15 iyul” şəhidləri ilə bağlı paylaşımına görə tacı əlindən geri alınan Itır Esenə qarşı təzminat davası açılıb.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, 33 nəfər bir araya gələrək, hərəyə bir qəpik olmaqla, modeldən ümumilikdə 33 qəpik tələb edir.

Bu barədə vəkil Ateş Öcal məlumat verib. “Məqsədimiz pul almaq deyil, cəza verməkdir”, - deyə o bildirib.

Həmin vətəndaşlar məsələ ilə bağlı Asliyə Hüquq Məhkəməsinə ərizə verib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...