Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Maşın”da yarışacaq məşhurlar

ATV-də yayımlanacaq “Maşın” şousunun başlamasına sayılı günlər qalıb.

Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

Bu bazar günü “Xanımlar və cənablar” devizi ilə yayımlanacaq şouda daha çox aparıcıların adlarına rast gəlmək mümkündür.

ATV-nin dörd məşhur siması Vüsalə Əlizadə, Vüsalə Kərimova, İlhamə Bədəlova və İlqar Mikayıloğlu qaliblik uğrunda mübarizəyə qoşulacaqlar.

Bundan əlavə, Əməkdar artist Tünzalə Əliyeva, aktrisa Fidan Axundova, jurnalist Ülviyyə Alovlu, müğənnilər Vüqar Muradov, Günel Ələkbərova,  “-40°” mahnısı ilə məşhurlaşan reper Rauf Əhmədov,meyxanaçı Vüqar Əbdülov da birincilik üçün yarışacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...