Ailəsi dağılan Fuad Əlişov: “Artıq hisslər bitib”
Həyat yoldaşından ayrılandan sonra mediadan uzaq gəzib-dolanan tanınmış rejissor Fuad Əlişov film təqdimatlarının birində fotokameramıza tuş gəlib.
Mynews.az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən rejissor daha klip çəkilişləri ilə məşğul olmadığını deyib:
“O işə son verdim, çünki kliplər dəbdə deyil. Yalnız reklam çarxları çəkməklə məşğulam”.
Fuad Əlişov şəxsi həyatından da danışıb.
“Deyilənə görə, sizin ayrılığınıza səbəb xəyanət olub”, sualını rejissor belə cavablandırıb:
“Bu barədə heç nə demək istəmirəm. Siz bu sualın cavabını məndən ala bilməyəcəksiz”.
“Bəs nə vaxtsa barışa bilərsiniz”, sualına da rejissor konkret cavab verib:
“Mən uşaqlarımla vaxtaşırı görüşürəm, qaldı ki, barışığa bu, mümkün deyil. Nə barışıq, artıq hisslər bitib”.
İkinci dəfə evlənib-evlənməməyə gəlincə isə, rejissor “evlənsəm, hamınız biləcəksiniz” deyə cavab verib.
Xatırladaq ki, cütlük 2007-ci ildə ailə həyatı qurmuşdu. Onların bu evlilikdən 3 övladı var.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 945 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 943 dəfə oxunub
- Emin Ağalarov söz verdi 942 dəfə oxunub