Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Samir Bağırov - Məni özümü qadın kimi hiss etməyə vadar etdi - FOTOLAR

İllərdir nəinki media, sənət, sevənləri, hətta dostlarından belə ayrı düşən estrada ulduzu Samir Bağırov primetime.az-a müsahibə verib.

Mynews.az oxu.az-a istinadən həmin müsahibəni təqdim edir:

 - Samir Bağırov kimdir?

 - Bu insanı anlatmaqla bitməz... "Kimdir" sualını eşidincə, lap körpəliyim yadıma düşdü. Biz ailədə iki uşağıq, mən və bacım. Anam əslən ukraynalı, atam da bakılıdır. Anamla atam çoxdan, təxminən 30 il öncə ayrılıb. Anam atamdan ayrıldıqdan sonra ABŞ-a köçdü və hazırda orada yaşayır. Atam da ikinci dəfə başqa bir xanımla ailə qurub, Bakıda yaşayır. Hollandiyaya köçən bacım orada ailə həyatı qurub və iki böyük qızı var. Mən də, bildiyiniz kimi, ABŞ-a köçmək şansı ilə hələ də Bakıda yaşayıram.

- Ailə üzvlərinizlə münasibətiniz necədir? Görüşürsünüzmü?

- Atamla tez-tez görüşsəm də, bacımı və anamı 6 ildir görmürəm... Bir neçə il öncə ABŞ-a, anamın yanına getdim, amma orada qala bilmədim. Orada yaşamaq və vətəndaşlıq almaq şansım var idi. Ancaq başa düşdüm ki, Azərbaycansız yaşaya bilmərəm. Anam indi də yalvarır ki, gəl yanıma, burada birgə yaşayaq. Amma mən getmirəm. Çünki Bakıdan uzaq düşmək mənə çətin görünür. Anam mənə çox düşkündür. Tez-tez telefonla danışırıq. O, mənim hər şeyimdir. Bir-birimizdən ayrı yaşasaq da, anam mənə maddi və mənəvi dəstək olur.

- Qohumlarınızın sizə münasibəti necədir?

 - Bizim nəslimizdə ana və ata tərəfdən oğlan uşağı olmayıb. Hamısının qız övladı doğulub. Məni də uşaqlıqdan hər kəs qıza oxşadırdı. Bu da məni özümü qadın kimi hiss etməyə vadar etdi...

- Bildiyimiz qədər, çox çətin həyatınız olub...

 - Əlbəttə, çətinliklərim çox olub. Amma mən bunun öhdəsindən gəlmişəm. Ən azı, gəlməyə çalışmışam. Mən öz sənətimə və səsimə hər zaman güvənmişəm.

- O zaman niyə səhnədən, güvəndiyiniz sənətinizdən uzaq düşmüsünüz?

- Həyatda böyük yanlışlarım çox olub. Amma artıq ömrün yarısına gəlmişəm. Bundan sonra özümü axırıncı yola qoyub, gündəmə gəlmək istəmirəm. Axı, mən çox güclü musiqiçilərdən dərs almışam. Bir xatirəmi sizinlə paylaşmaq istərdim. Bizim çox dəyərli sənətkarımız Eldar Mansurovun uzun illər öncə mənim haqqımda söylədiyi bir söz vardı: “Azərbaycan estradasını bir “şkaf” düşünsək, onun 5 rəfı olsa, ən üstlərdə Samir Bağırov durardı”. Bu sözü heç vaxt dilimə gətirməmişdim, amma baxıram, mənim haqqımda çox danışırlar. Arada ünvanıma deyilən belə sözləri də xatırlasınlar...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...