Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur aparıcı ATV-nin vitse-prezidenti təyin edildi - FOTO

Azad Azərbaycan telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub. Telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyyə Ələkbərqızı yerinə yetirəcək. 

Mynews.az primtime.az-a istinadla xəbər verir ki, o, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayır. Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzivəsinə təyin edilmişdi.

Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.

Məşhur aparıcı ATV-nin vitse-prezidenti təyin edildi – FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...