Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Azmışam mən pozğunluğun yollarında..." - Elza Seyidcahan

Müğənni Tacir Şahmalıoğlu əməkdar artist Elza Seyidcahanın, “Mən dahiyəm” sözlərinə etiraz edib.

Metbuat.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan T.Şahmalıoğlu bildirib ki, hər yerindən duran sənətkar və dahi ola bilməz:

"Əgər siz dediyiniz kimi Elza Seyidcahan özünə dahi deyirsə, onda dahilərə nə deyək? Elza Seyidcahan mənim yanımda dahi olduğunu desə, eyni sözləri ona da deyərəm. Hələ ki bunu mənim yanımda etiraf eləməyib. Bəlkə də mənim yanımda demirlər. Yəqin ki, çəkinirlər".

Bu mövzuyla əlaqədar əməkdar artist Elza Seyidcahanla əlaqə saxladıq. O, həmkarına belə cavab verib:

“Mənə dahini xalq, bəşəriyyət deyib. Biri oğurluqda, biri, yaltaqlıqda, biri alçaqlıqda, biri qorxaqlıqda, biri satqınlıqda, biri də sürücülükdə dahidir. Mən tək özümə dahi demirəm ki, hər bir insan dahidir. Özümdən başqa ətrafımdakı insanları daha üstün sayıram. Dahinin yaşı yoxdur. Necə ki, 5 yaşından Monsart, gənc yaşlarından Mikayıl Müşviq, Vaqif Mustafazadə dahi kimi sevilir. Mən də bu yolda dahiyəm. Tacir narahat olmasın, o da canlı dahidir. O, uşaqkən dahiliyini "Bayatı-şiraz" musiqisilə sübut edib. Ancaq inanmıram bunu Tacir mənim ünvanıma deyə. Çünki o, mənim sənətimin böyük vurğunudur. Dəfələrlə mənim “Tənha” mahnımı oxumaq istəyib.

Bilirəm ki, o, mənim mahnımı özünə məxsus tərzdə gözəl oxuyar. Xoşbəxtəm ki, Tacir kimi müğənni mənim mahnımı oxumaq istəyir. Azərbaycanda bu peşənin zirvəsində duran insanların xətti ilə gedirəmsə, zirvənin yüksəkliyində dura bilməsəm də, zirvənin ətəyində dayanıramsa, bu elə özü böyük xoşbəxtlikdir. Bir şerim var, “Mən də pozgunluğun yaxşısıyam” adlı:

Azmışam mən pozğunluğun yollarında

Yatmışam mən yaxşılığın qollarında

Mən də yaxşılığın dahisiyəm. Əməllərim, yaxşılığım, geyimlərim... Bu dahilik deyilmi? İnsan var ki, həyatdan köçəndən sonra dahi olur. Mən sağlığımda dahiyəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...