Tunay həmkarını söydü: “Biri bu düdüyə desin ki ...” - QALMAQAL
Aktyor İslam Mehrəliyevin sosial şəbəkədə məşhurların paylaşımlarına yazılan tənqidi fikirləri birmənalı qarşılanmayıb.
Qeyd edək ki, aktyor “Səhər-səhər” verilişində belə deyib:
“Demirəm ki, məni hamı bəyənə bilər. Çəkildiyim filmdən nəsə paylaşılıb, altında da bir xanım yazır ki, “Bu nədir? Azərbaycan kişisinə yaraşmaz. Yekə kişisən, əyninə nə geyinmisən”. Girib həmin xanımın səhifəsinə baxıram… Əgər sən Azərbaycan kişisindən danışırsansa, sənin ərin necə kişidir ki, xanımına internetə girib, hansısa oğlana şərh yazmağa icazə verir?”.
Yenicag.az-a açıqlama verən aktrisa Tunay Əliyeva onun fikirlərinə sərt reaksiya bildirib:
“Biri bu düdüyə desin ki, şərh yazmaq əxlaqsızlıq deyil. Bir qadın sosial şəbəkədə öz fikrini bildirirsə, bu, əxlaqsızlıqdırmı?
Mən yüzlərlə elə cütlük tanıyıram ki, ailəlikcə sosial şəbəkədən istifadə edir və hər hansı məsələ barədə fikirlərini bildirirlər. Bu, əxlaqsızlıqdırmı? Absurd fikirdir. İslamdır, kimdir bilmirəm, gündə biri efirə çıxaraq, “aktyoram” deyib və milləti təhqir etməsin. Hamı məsləhətverən olub. Sən get öz arvadının, ananın, bacının dərdini çək və onlarla maraqlan. Sən ümumiyyətlə, kimsən ki, Azərbaycan kişilərinə arvadlarıyla necə davranmağı öyrədirsən?! Çox keçməz ki, o kişilər səni özləri yaxşı başa salarlar. Tərbiyəsiz. Mən sosial şəbəkədən istifadə edən 100 nəfər ərli xanımların imzası ilə İslam adlı aktyoru şərəf və ləyaqətimizi təhqir etdiyi üçün məhkəməyə verəcəm.”
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 582 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 569 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 565 dəfə oxunub