Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış aparıcı “Vicdan haqqı”nın ssenari müəllifi oldu

Məşhur “Vicdan haqqı” serialının ssenari müəllifləri qrupuna bir nəfər də əlavə olunub. Bu, tanınmış aparıcı Asif Bağırovdur.

Mynews.az xəbər verir ki, A.Bağırov Azərbaycan Texniki Universitetinin Radiotexnika fakültəsinin məzunudur. Əmək fəaliyyətinə 1990-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində başlayıb.

1991-ci ildə ANS TV-yə (artıq telekanalın lisenziyasına xitam verilib) işə qəbul olunub. 17 il müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, “Vicdan haqqı”nın indiyədək yayımlanan bölümlərinin ssenari müəllifləri Rövşən İsax və Vüqar Əmirov, 33-52-ci bölümlərdə Zəhra Rüstəmova, Elşən Zeynallı, Şəbnəm Tofiqqızı, Flora Hüseynova olub.

Ekran əsəri 2016-cı ilin fevralından etibarən “ATV” telekanalında yayımlanır. Quruluşçu rejissoru Rövşən İsaxdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...