"Müsəlman qadınları ömür boyu qapaz altında olur" - İradə - VİDEO
"Gündəmdə olan müğənni olmaq istəmirəm. Mən zövqüm üçün oxuyuram. Mənə ya arada-sırada görünən, ya da radio müğənnisi deyə bilərsiniz".
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova “ATV maqazin onlarla” verilişində deyib.
Sənətçi Türkiyədə yeni ev aldığını söyləyib.
"Yeni evə köçürəm. Oğlum Əlinin otağı yoxdur. Evimizdəki hər otaqdan dənizə mənzərə var. Bunu indi dərk etmişəm. Mənə deyirlər ki, oğlunu qızından çox istəyirsən. Amma belə deyil... İpəyə hər zaman daha çox diqqət yetirirəm. Qız uşağı həyatda hər şeydən yarımçıq olur. Müsəlman qadınları ömür boyu qapaz altında olur, həmişə sıxma-boğmada yaşayır. İpək mənim üçün hər zaman birinci olacaq".
İradə anasının onunla bacıları arasında qoyduğu ayrıseçkilikdən də şikayətlənib:
"Anam bizim aramızda hər zaman ayrıseçkilik edib: böyük, ortancıl, kiçik. Bunun fərqindəyəm, bəzi şeyləri görmüşəm. Bu da mənim içimdə toplanıb. Özümə qapanmağım, sakit olmağım uşaqlıqdan gələn bir durumdur. Bu ayrıseçkiliyi hiss etmişəm. Ona görə qətiyyən uşaqlarım arasında ayrıseçkilik etməyəcəm. Nigar (bacısı, vizajist Nigar - red.) zəif doğulub, evdə hər şey onun üçün edilirdi. Hər şeyin yaxşısı ona verilirdi. İndi bunları söyləyəndə mənə kinli deyirlər".
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub