"Maşın" şouda məşhurların fırtına öncəsi görüntüsü - VİDEO

“Maşın” realiti şou “Xanımlar və cənablar” yarışmasının çəkiliş meydançasında maraqlı anlar obyektivimizə tuş gəlib.
BAKU.WS-in çəkiliş meydançasında olan əməkdaşı "Nissan Altima" maşınının ətrafına toplaşan 18 ulduz iştirakçının ilk günki ab-havasını müşahidə edib. "M Group Production” təşkilatçılığı ilə yayımlanan şouda ilk gündən məşhurlar maşın ətrafında mahnı oxuyub və əylənib.
Deyib gülən məşhurları bu gün axşam çətin sınaq gözləyir. Axşam efirində səsvermədən sonra məşhurlar arasında əsl mübarizə başlayacaq. Başqa sözlə desək bu görüntü fırtına öncəsi səssizliyə bənzəyir.
Realiti şouda Nazim Faytonçu, aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, müğənni Vüqar Muradov, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir.
Tamaşaçılar bu gün ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcək.
Maqazin
- “Röya xalq düşmənidir, ölkədən qovulsun” - Xalq artistinə kütləvi etiraz - VİDEO
- Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli də cərimələndi
- "Can Azərbaycan, zəfərin mübarək"
- Elnarə həyat yoldaşına mahnı həsr etdi - FOTOLAR
- Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya
- Aysel və Oqtayın boşanma səbəbi bilindi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 957 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 934 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 933 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 933 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 920 dəfə oxunub