Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abbas Bağırov və prodüser arasında QALMAQAL - "Kül sənin kişi başına"

Prodüser Sultan Facebook hesabında Əməkdar artist Abbas Bağırovun ünvanına sərt ittihamlar yazıb.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, Abbasın sosial media hesabında onu bloka atdığını bildirən prodüser bunları yazıb:

"Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, İnstagram-da məni bloka atmısan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Sənə çox olar söyüşlərim".
Məsələ ilə bağlı Abbas Bağırovla əlaqə saxladıq. O, baş verənlərlə bağlı suallara cavab vermək istəmədi:

"Xahiş edirəm mənə belə suallar verməyin, o, adamı tanımıram".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...