Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bu haqda danışmağa utanıram" - Sevda - VİDEO

"Sağ olsunlar, məni ərə verirlər, sonra boşayırlar. Sual verəndə həmişə deyirəm ki, bu, qismətdir".

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Yahyayeva ARB TV-nin "Günə davam" proqramında deyib. 

Sənətçi ailə qurması ilə bağlı sualları cavablandırıb:

"Hər şey Allahın əlindədir. Heç bir namizədim yoxdur. Ailə qurmaq işinə çox ciddi yanaşıram. Arzu edirəm ki, bütün subay xanımlara və bəylərə, həmçinin mənə ailə qismət olsun. Nə vaxt olacaqsa, hamınız biləcəksiniz. Belə şeyləri danışmağa utanıram. Məni başa düşən, sevən biri olmalıdır ki, mən də onu sevim. Ən vacibi insan olmalıdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...