Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın ən çox evlənən məşhurları - FOTOLAR

Bütün dünyada olduğu kimi, bizdə də məşhurların şəxsi həyatı daim maraq dairəsində olub. Hər hansısa ifaçının yeni mahnısı, klipi, konserti, aktyorun kino və teatrdakı rolundan daha çox özəl həyatı ilgi doğurub.

Bəli, bu gün müasir şou-biznesin prioriteti daha çox müğənnilərin şəxsi həyatı, intriqaları üzərində qurulub desək heç də yanılmarıq...

Məsələn, son illər ölkədə boşanma hadisələrinin artması şübhəsiz şou-biznes aləmində də müşahidə olunur. 

"Qaynarinfo" cebhe.info-ya istinadən ən çox ailə quran məşhurlarımızın siyahısını təqdim edir.

Xalq artisti Flora Kərimova 3 dəfə nikahda olan məşhurlar sırasındadır. Onun üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Müğənni Nura Suri də həmkarı kimi üç dəfə rəsmi nikaha daxil olub. Müğənni hazırda üç oğul anasıdır.

Tanınmış rəqqasə Oksana Rəsulova da üç nikahla şou-biznesin boşanmışları siyahısındadır. Onun son həyat yoldaşı isə repçi Elşad Xose olub.

Aparıcı Ulvira Qarayeva isə iki dəfə rəsmi nikahda olub. Onun ikinci evliliyi “Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə baş tutub. Onunla da boşanıb.

“Şeron” qrupunun üzvü Rüstəm Zeynallı üç dəfə ailə qurub. İfaçının ilk evliliyindən isə iki uşağı var. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır. 

Müğənni İzzət Bağırovun da ilk evliliyi sona qədər olmayıb və ikinci dəfə evlənib. İkinci evliliyindən isə üç uşağı dünyaya gəlib.

Meyxanaçı Namiq Qaraçuxurlu isə ikinci dəfə evlənib. Birinci evliliyindən sonra o, uzun müddət xalq artisti Aygün Kazımova ilə vətəndaş nikahında yaşayıb.