Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sənəti tərk etmək istəyən Məleykə Əsədova - "Bundan sonra vəkilim sizinlə danışacaq"

Azərbaycanın xalq artisti Məleykə Əsədova son dönəmlər haqqında yayılan xəbərlərlə bağlı APA-ya müsahibə verib. 

Mynews.az xəbər verir ki, xalq artisti Məleykə Əsədova müsahibəsi zamanı son günlər mətbuatda yayılan söz-söhbətlərdən bezdiyini, hətta sənəti buraxmaq fikrinə düşdüyünü də bildirib: "Mənim haqqımda dedi-qodu yaymasınlar. Vallah, reklama ehtiyacım yoxdur. Mənə daş atırlar ki, yada düşsünlər. Son zamanlar o qədər yorulmuşam, sənəti tərk etməyi düşünürdüm. Heç kim ailəmə daş atmasın. Axı mən kimə nə etmişəm?".

Həmçinin sənətçi bundan sonra haqqında yazanlarla vəkiilinin danışacağını bildirdi: "Saytlar çoxaldı, hamı jurnalist oldu, mən də bunun əzabını çəkirəm. Söz atanlara hər zaman demişəm ki, məhkəməm Allahdır. Amma bundan sonra hər kəslə vəkil vasitəsi ilə hesablaşacağam. Vəkilim Tağı Hüseynovla razılaşmışam. Bundan sonra kim mənə daş atsa, saytlarda mənfi fikirlər yazsa, onunla vəkilim danışacaq. ”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...