Günel Ələkbərova Vüsalə Kərimova haqda - "Oğlu yaşında oğlanla görüşür"
Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.
AZXEBER.COM xəbər verir ki, "Ülviyyə Alovlu ilə yaxşı münasibətim var. Sadəcə, o, hamıya müdaxilə edir deyə, mən əsəbiləşib demişdim ki, səni çıxaracağam. Anons isə elə hazırlanmışdı ki, sanki bizim böyük davamız olub”, - deyə G.Ələkbərova Oxu.Az-a açıqlama verib.
"O xanıma gəlincə isə (Vüsalə Kərimovanı nəzərdə tutur), əslində, hər şey normal idi. Sadəcə, o, birdən-birə tərbiyəsizlik etdi. Qadına yaraşmayan ifadələr səsləndirdi. Bundan sonra şouda ya o, ya da mən qalmalı idim. Əslində, mən qadınlara demişdim ki, gəlin, bir-birimizə dəstək olaq, kişiləri uzaqlaşdıraq, onlar da mənimlə razılaşmışdılar. Lakin o xanımın bu cür davranışından sonra heç bir qadın həmrəyliyindən söhbət gedə bilməzdi. Onun psixoloji problemləri var. O, anormaldır. Televiziya işçisidir deyə, başımıza çıxmalı deyil ki?!
Mən artıq 4-cü dəfədir "Maşın”da iştirak edirəm. Ona görə oyunun gedişatını yaxşı bilirəm. O xanım deyirdi ki, mənim rəqibim Talıbdır. Səsverməyə çıxsam, onu çıxaracağam. Amma şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”,- deyə G.Ələkbərova söyləyib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1146 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1054 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 982 dəfə oxunub