Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hansı məşhurların övladları hərbi xidmət keçib? - SİYAHI - FOTOLAR

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək hərbi qulluq yaşına çatmış şəxslər hərbi xidmətə çağırılırlar.

Bir neçə il öncə bəzi tanınmışların və məmurların övladları cürbəcür yollarla çağırışdan yayınmağa çalışırdılar. Onlar daha rahat keçən həyatlarından qopmaq istəmirdilər. Son illər isə bu yanaşmanın aradan qalxmaq üzrə olduğu görünür.

Metbuat.az bəzi məşhurların övladlarının hərbi xidmətdə olub-olmadıqlarını dəqiqləşdirməyə çalışıb.

Xalq artisti Alim Qasımov oğlunun hərbi xidmət keçdiyini söyləyib.

Xalq artisti Arif Babayevin 1 oğlu var. O da hərbi borcunu ödəyib.

Əməkdar artist Elza Seyidcahan da bildirib ki, oğlu hərbi xidmətini Qusarda çəkib.

Müğənni Tacir Şahmalıoğlunun oğlu isə əsgərlikdən təzə qayıdıb.

Müğənni Əlikram Bayramov da oğlunun hərbi xidmətdə olduğunu deyib.

Əməkdar artist Mətanət İskəndərli oğlunun hər xidmət keçdiyini deyib.

Müğənni Manaf Ağayev də oğlunun hərbi xidmətdən bu yaxınlarda qayıtdığını bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...