Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Faytonçu" Nazim - "Anama görə o həkimi bağışlamayacam"

"Faytonçu" ləqədli müğənni Nazim Pişyari səhhətindən danışıb. 

Mynews.az bildirir ki, axşam.az-a açıqlama verən ifaçı bildirib ki, artıq reabilitasiya mərhələsini keçib:

"Hər şey yaxşılığa doğru gedir. Hətta artıq çəki də almışam. Əməliyyatdan sonra çox arıqlamışdım. İndi işimin başına da qayıtdım".

Sənətçi onu yanlış əməliyyat edən həkim Elman Əzimovla aralarındakı məhkəmə prosesindən danışıb:

"Klinikanın əmlak və bank hesabları, əməliyyatı edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub. Bu proses hələ bitməyib. İşə Binəqədi Rayon Prokurorluğunda baxılır. Onlar yəqin ki, Apellyasiya, daha sonra Ali məhkəməyə müraciət edəcəklər. Bu iş çox uzanacaq. Mənim onu bağışlamaq fikrim yoxdur. Allah bağışlayandırsa, bəndə nə karədir... Amma 4 ay mənəvi sarsıntı keçirən anamın göz yaşlarını necə unudum? 77 yaşlı anama bu həkimin çəkdirdiyini bağışlaya bilmərəm. Bu qadının nə günahı var idi? Onun mənə qoyduğu yanlış diaqnoz ailəmi sarsıtdı. Bunu bağışlaya bilmirəm".

Qeyd edək ki, Nazim Pişyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıbb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...