Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Maşın" şoudakı məşhurların gizli peşələri - "kloun", xüsusitəyinatlı, fəhlə... - VİDEO

"Maşın" şou realiti-şouda maraqlı süjet təqdim olunub. 

BAKU.WS-in məlumatına görə, yarışmada iştirak edən məşhurlar haqqında bilinməyənləri özləri açıqlayıb. 

Talıb Tale parket ustası işlədiyini söyləyib. 

Ülviyyə Alovlu isə Amerikanın məşhur şirkətlərindən birində yüksək statusda işlədiyini bildirib. Jurnalist Röyanın "Röyayam" mahnısının sözlərini yazdığını da açıqlayıb. 

İlkin Misgərli 5 il "kloun" işlədiyini etiraf edib. Bizim "Zuzu, Mimi və Gombul" adlı məşhur üçlüyümüz var idi. 

Mehriban Xanlarova isə 8-ci sinifdə məktəbi tərk edib və oyuncaq fabrikində işləməyə başlayıb.

Tünzalə Əliyeva isə Moskvada teatrlardan birində səhnə arxasında işçi kimi çalışıb. 

Aparıcı Vüsalə Kərimova ilk dəfə "Sara" kanalında xəbərlər buraxılışında çalışıb. 14 il prezident müxbiri kimi çalışan Vüsalə "Araz radiosu"nun və MUZ TV-nin direktoru kimi çalışıb.

Rauf Əhmədov isə xüsusitəyinatlı dəstədə xidmət etdiyini bildirib. Snayper silahının mahir istifadə etdiyini deyən Rauf 400 metrdən hədəfi dəqiq vurmağı bacarıb. Teatrda ayı obrazı oynadığını deyən müğənni rəngsaz işini də öyrəndiyini sözlərinə əlavə edib. 

Aparıcı Vüsalə Əlizadənin 1-ci kursdan sonra böyrəkləri fəaliyyətini dayandırıb. Anası öz böyrəyini qızını verib və Vüsalənin həyatını xilas edib. 

Xatun Əliyeva isə Azərbaycan mətbuatında jurnalist kimi özünü sınayıb və bir neçə qəzetə yazılar verib.   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...