Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur psixoloq özü haqda: - Heç kimin sevmədiyi çirkin qadın...

Məşhur psixoloq Elnur Rüstəmovun xanımı və həmkarı Narınc Rüstəmovanın sosial şəbəkədə yerləşdirdiyi paylaşım maraqla qarşılanıb.

Mynews.az xəbər verir ki, o, özü barəsində “Bir zamanlar heç kimin sevmədiyi çirkin bir qadın var idi. Həmin çirkin qadını şərtsiz sevən bir cəngavər var idi. Gülüşü ilə ona hüzur, baxışı ilə içini isitdiyi, sözləri ilə qəlbini oxşayan cəngavər. O baxış heç əskilmədi. Bu çirkin qadın bir gün gəldi, hər kəsə göstərdi ki, çirkin qadın yoxdur, sadəcə, baxımsız qadın var. Məhəbbəti, övladı üçün fədakarlıq edən qadın var. Daha sonra o hamıya göstərdi ki, çirkinlik zahirən yox, daxilən olur. Onun baxımı artdı, daxili isə heç dəyişmədi. Hər zaman cəngavərinin gözündə gözəlçə şahzadə olaraq qaldı”, - sözlərini qeyd edib.

“Bəli, mən o xanımın geniş ürəyini, daxili gözəlliyini sevdim. Hələ də sevirəm. Yaxşı ki, varsan! Necə deyərlər, işdir, əgər ölsəm, bağışla”, - deyə E.Rüstəmov xanımın şərhinə cavab yazıb.

Qeyd edək ki, cütlüyün 2 övladı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...