"Ağzımı açdırmayın..." - Əkizlər Nazənini ağlatdı
Müğənni Nazənin “Hər şey daxil” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, sənətçinin proqramda “ən çox plastik əməliyyat etdirən sənətçi” kimi təqdim edilməsinə etirazını bildirib. O deyib ki, cəmi 2 dəfə əməliyyat etdirib:
“Haqqıma niyə girirsiniz? Burnum və dodağım əməliyyat olunub. Dodağımı ona görə etdirdim ki, o vaxt naşı idim, yanlış bir şey etmişdim, onu təkrar düzəltdirdim. Ondan başqa heç bir plastik əməliyyatım olmayıb. Əgər ehtiyac yaranarsa, milyon dəfə də əməliyyata gedərəm”.
Sənətçi aparıcılar Sevil və Sevinc Səfərovaların “Yanağınızda da nəsə etdirmisiniz” sözləri ilə razılaşmayıb:
“Peşəkar həkimə göstərin, desin ki, mən yanağıma nəsə etmişəm, ya yox. Onda mənim balaca nəvəm var Nazənin, o da üzünə nəsə qoydurub? Onun da yanaqları şişdir. Biz anadangəlmə beləyik”.
Nazənin gözlərini dartdırması iddiasının da yalan olduğunu söyləyib:
“Gözüm saçım dartılaraq yığılıb deyə belə qalır. Mənim ağzımı niyə açırsınız, siz də etdirmisiniz də... Hələ gözümün üstündə nəsə etdirməyə indi hazırlaşıram. Bunu gizlətmirəm. Avropada plastik əməliyyatları prestij bilirlər. Amma bizdə o qədər cahillik, savadsızlıq var ki, bunu o dəqiqə böyüdüb-şişirdirlər. Hazırda bəylərimiz xanımlardan çox elətdirir. Kimin pulu var etdirir, kimin də imkanı yoxdur, oturub eləcə lağ edir”.
Reklam fasiləsindən sonra əkizlər Nazəninin ağladığını deyiblər:
"Bizim "plastik əməliyyat etdirib" deməkdə pis məqsədimiz yox idi. Nazənin xanım reklam fasiləsində ağlayıb, "haqqıma girdiniz" deyir".
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 998 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 975 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 964 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 963 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 960 dəfə oxunub