Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əjdaha" ilə döyüş bitdi - Raufun yarım qalan mübarizəsini Xose tamamladı - VİDEO

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 

Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar reper Elşad Xoseni SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Elşad Xose Raufun dünəndən yarım qalan mübarizəsini davam etdirəcəyini bildirib. Yəni qazanacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı şoudan uzaqlaşdıracağını bəyan edib. 

"Mənim hədəfim Talıb ola bilməz. Çünki o, burada ən düz oynayan içtirakçıdı. İlkin yerlimdi, o, olmasa mənim üçün darıxdırıcı olar. Vüsalə Əlizadə öz oyununu gözəl göstərdi. Çalışır qalmaqaldan uzaq olsun. Vüsalə Kərimova isə mənim müttəfiqimdi, ən sözə baxan şagirdlərdəndi. Özünü pis aparanlara da bu gün 2 qoyulacaq", - deyə hədəfinin dəqiq olduğunu bildirib. 

Xatun isə özünün hədəf olduğunu ehtimal edib. "Bu gün də təklif olundu ki, bu cavan oğlan çıxsın və Mehriban xanımla oynasın. Məncə, bu cavan oğlan fikrini dəyişib məni vuracaq. Ona görə də tamaşaçılarımdan Elşadın getməsinə səs istəyirəm". 

Xose isə fikrini dəyişməyəcəyini bildirib. 

Tamaşaçıların 74,82 faiz səs toplayan Elşad Xose oyundan iki nəfəri uzaqlaşdırmaq üçün hiyləyə əl atıb. "Kim Mehriban xanımın əvəzinə özünü qurban vermək istəyir", - deyə iştirakçılara müraciət edib. Xatun özünü qurban vermək istəsə də, Murad Dadaşov bunun Mehriban xanımı xilas etməyəcəyini, əksinə Elşada iki nəfəri uzaqlaşdırmaq şansı qazandıracağını xatırladıb. 

...Və nəhayət Elşad qərarını açıqlayıb. Mehriban xanımın adını çəkərək - şounun "Əjdaha"sı ilə mübarizədə ötən gün məğlub olan Rauf Əhmədova da salam göndərib. Beləliklə, maşın Mehriban Xanlarova üçün əldən getdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...