Boşanan müğənnimizin keçmiş xanımından şok sözlər - "Atanla anan..." - VİDEO - FOTOLAR
Ötən gün "APA TV”-nin "Show time” verilişində boşandığını deyən müğənni Rəvan Qarayevə ikinci həyat yoldaşı Günay Rəhimovadan cavab gəlib.
İfaçının veriliş zamanı söylədiyi fikirlər keçmiş xanımının qəzəbinə tuş gəlib. O, sosial şəbəkədə R.Qarayevin videosunun altına bu sözləri yazıb: "Sən evə gec gəlmirdin. Sən heç evin yolunu tapırdın ki? Özünü güldürmə. Sənə yazığım gəlir. Allah sənə kömək olsun. Çünki öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə, qızına sahib çıxar, daha özünə kolleksiya düzəltməz".
G.Rəhimova R.Qarayevin 3-cü dəfə evlənmək istəməməsinə də şərh verib: "Sən Allah 3-cü dəfə də evlən. Atanla, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan. Deyir ki, qızlarım üçün yayaşıram... Daha danışma, danışdıqca batırsan”.
Qeyd edək ki, R.Qarayev ötən gün "Show time” verilişində şəxsi həyatı barədə danışarkən boşandığını, hazırda subay olduğunu demişdi: "Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər. Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1121 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1108 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1108 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1104 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1000 dəfə oxunub