Flora Kərimova Zeynəb Xanlarovanı BİABİR ETDİ: - "O, Milli Məclisin nomenklaturasıdır” – QALMAQAL
Bildiyimiz kimi, Milli Məclisin deputatı Zeynəb Xanlarova “Ermənistan-Azərbaycan Sülh Platforması” Dəstək Aktına imza atıb. Məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Bununla bağlı sevilən müğənni, Xalq artisti Flora Kərimova da həmkarını qınayıb. Yeniçağ.az-a məsələ ilə bağlı fikirlərini çox kəskin bildirən Flora Kərimova Zeynəbin Azərbaycan adına layiq olmadığını bildirib:
“O, başını itirib. Nəyi çatmırdı ki, bu addımı atırdı? O elə hər yaşında belə olub. Bu qədər Azərbaycanda hadisələr oldu, aprel döyüşlərində, şəhid verəndə səsini çıxartdı? Başqa vaxt Amerikaya gedən Zeynəb burada bir şəhidin evinə getdimi? Bu millətin səbr kasası partladı daha… Ona elə gəlirdi ki, başında brilyantlardan tac var. Amma bu çürümüş dəmir parçası idli. Millət onu yerə çırpdı. Vaxtilə “SSRİ xalq artisti” adını aldı, nəyin hesabına? Diringi-diringi hərəkətlərlə, onun-bunun qabağında oxuyurdun, səhnə mədəniyyəti deyilən şey yoxdu onda. O millət vəkili deyil, Milli Məclisin nomenklaturasıdır. Vaxtilə hər kəsi qorxu altında saxlatdırıb, İlhamə Quliyeva kimi məmurların yanında dayanaraq, özünü onların yaxını kimi qələmə verib. Buna görə də heç kim səsini çıxartmayıb. Həmin Zeynəbdir ki, vaxtilə ona himayədarlıq edən birisi rayonlardan məxsusi məktublar yazdırıb, televiziyaya göndərtdirirdi. Desinlər ki, güya onu sevirlər”.
F.Kərimova ondan qorxmadığını deyib:
“Mən burdan ona səslənib deyirəm ki, səni bu torpağın vətəndaşı saymıram. Sən hər zaman özünə, balalarına gün ağlamısan. Sən nə haqla deyirsən ki, Azərbaycan cavanı ermənilərlə sülhə getsin? Azərbaycan gənci o qədər binamusdur ki, torpağı alınandan, qız-gəlini əsir düşəndən, üzünə tüpürüləndən sonra erməni ilə barışsın?Azərbaycanın adı sənə haram olsun. Get ver məni məhkəməyə, səndən qorxum yoxdur, qoy məni 50 min manat cərimələsinlər. Mən 150 manat təqaüdümü üst-üstə qoyub, ömrüm boyu sənə aliment verməyə hazıram”.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 979 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 939 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 938 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 936 dəfə oxunub