Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kamran Həsənli Prezidentə müraciət etdi - "Ümidim Sizədir..."

Şoumen Kamran Həsənli müğənni Samir Piriyevlə yaşadığı problemlərdən danışıb.

Mynews.az xəbər verir ki, Kamran Həsənli A24.az-ın efirində qonaq olarkən, bildirib ki, bu məsələdə heç bir günahı yoxdur: “Samir üzümə durmaq üçün əvvəlcə sürücüsü gətirdi, indi də dəlləyini ortaya çıxarıb. Sadəcə bu günə qədər məndən 80 min dollar tələb edən yalançıya görə, ölkə rəhbərinə müraciət etmək istəmirdim. Həmin insan öz vəkili ilə bərabər mətbuat konfransı keçirdi. Mən niyə müraciət etməyim ki? Ümidim qalıb, cənab Prezidentə. Burdan ona müraciət edirəm”.

Qeyd edək ki, müğənni Samir Piriyev Kamran Həsənlini ondan aldığı 80 min dolları qaytarmamaqda ittiham edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...