Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aparıcıdan qalmaqallı açıqlama - "Bəzi enlibel xalalar..." - VİDEO

Tanınmış teleaparıcı Şəbnəm Həsənova xalq artisti Nisə Qasımovanın yeni duetilə bağlı qalmaqallı status paylaşıb.

Bu yaxınlarda müğənni Nisə Qasımova “Yalandı” mahnısını Qara Dərvişlə yeni aranjimanda oxuyub.

Metbuat.az xəbər verir Ş.Həsənova sosial şəbəkədə sözügedən mahnını paylaşıb və bir çox müğənniləri ondan örnək götürməyə səsləyib:

“Bəzi enlibel xalalar, arxasıyekə gəlinlər, keçəlinə tük əkdirən bığlı dayılar baxsın və örnək götürsün. Gəlirinizi evlərinizə, maşınlarınızı dəyişməyə xərcləməklə şedevrlər yaratmayacaqsınız. Toylarda oxumağınız bir yana, yeməkdən də dediyim nahiyələriniz gündən günə böyüyür. Özünüzü düşünüb, olduğunuz pillədə "mən korifeyəm" deyib, dayanırsınız. Yenə də deyirəm, ÖZÜNÜZÜ DÜŞÜNÜB! İnteqrasiya, sintez, yenilik və zövq formalaşdırmaq lazımdır. Nisə xanım, supersiniz! Qara Dərviş isə musiqidən, sözdən anlayan istedadli ifaçıdır. Çox böyük zövq aldım! Dinləyin, qulaqlarınızın pası açılsın”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...