Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oğlanlarla dostluq edən XANIM MÜĞƏNNİLƏRİMİZ - VİDEO

Şou-biznes nümayəndələri “ARB Ulduz”un “Virtual həyat” proqramında “Hansı sənətçi ilə dostluq edirsiniz” sualını cavablandırıblar.

Mynews.az xəbər verir ki, onlar sənətçi dostlarının adını açıqlayaraq, bunları deyiblər:

Gülay Zeynallı: “Sənət dostum deyəndə, şükür hamı ilə münasibətim yaxşıdır. Əsas odur ki, salam, sağolum var. İlk növbədə sənət dostum Humay Qədimova və Zenfira İbrahimovadır”.

Fatimə Fətəliyeva: “Sənət dostum Xatundur”.

Nazənin: “Könül Kərimova, Xatun, Lamiyə Ələkbərovadır”.

Nadir Qafarzadə: “Sənət dostlarım Manaf Ağayev, Nüşabə Ələsgərli, Xatirə İslam, İzzət Bağırovdur. Sənət dostum çoxdur. Ola bilər ki, kiminsə adını çəkə bilmədim”.

Roza Zərgərli: “Sənət dostlarım Elnur Məmmədov, Yaşar Yusub. Oğlanlardan bunların adını çəkə bilərəm”.

Lalə Məmmədova: “Sənət dostum bir deyil, çoxdur. Samir Cəfərov, Əkbər Əlizadə, Samira”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...