Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maral Tahirqızıdan kişilərə təklif - "Aylıq məvacibi 10 min olan ər istəyirəm" - VİDEO

Maral Tahirqızı həyatı haqqında səmimi etiraflar edib.

 ARB TV-də yayımlanan “Günə Davam” verilişinin müxbirinə müsahibə verən müğənni Maral Tahirqizi səmimi etiraflar edib.

Müxbirin “Sevgi etirafları çox alırdınız?” sualına müğənni belə cavab verib:

“Özümə heç vaxt gözəl deməmişəm. Amma bəli, məni sevənlər çox idi, evlilik təklif edənlər də. Mən 16 yaşımda ailə qurmuşdum. 2 il 3 ay evli olmuşam, sonra isə ayrıldım. Heç kəsə bu haqda demirdim. Gənc idim, bilirdim ki, desəm həmin gənc oğlan onsuz da məni almayacaq. Ona görə də demirdim”.

“Evlilik təklifi, sevgi mesajları almısınız və ya alırsız?” sualını isə “Ola bilər. Hətta olur da. Mənim həyatımda həmişə təkliflər olub. 5-6-ci siniflərdən bu yana həyatımda sevgi təklifləri gəlib. Amma mənim bir az çətin zövqüm var. Mədəni, işgüzar adam istəyirəm. Haram yolla pul qazanmasın. Aylıq məvacibi, heç olmasa 5 min, 7 min, 10 min olsun. Mən kişi saxlayan deyiləm”.

“Bəs növbəti dəfə gəlinlik geyərsiniz?” sualına müğənni belə cavab verib:

“Bir dəfə artıq geyinmişəm. Məsləhət olarsa, yenə geyinərəm. Olmasa da elə bu halımla da gedə bilərəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...