Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Matı qızım, durma, eşit Nüşabə xalanı, poz bütün bunları..." - Əməkdar artist soyunan modelə məsləhət verdi - FOTO

Əməkdar artist Nüşabə Ələsgərli “İnstagram”-da model Sona Məcidovanın fotosuna maraqlı şərh yazıb.

A24.Az xəbər verir ki, müğənni Nüşabə Ələsgərli cəsarətli şəkilləri ilə diqqət çəkən model Sona Məcidovanın “İnstagram”da paylaşdığı bir fotoya maraqlı şərh yazıb. Sona idman zalında məşq etdi zaman çəkilən fotosunu paylaşıb. Bu foto müğənninin xoşuna gəlməyib və o qıza müraciət edərək məsləhət verib.

“Mənim gözəl Sonaxanım balam… İlk öncə, Ulu Tanrının sənə bəxş etdiyi bu gözəllik qarşısında baş əyirəm. Xaricin kimi, daxilinin də belə gözəl olmasından əminəm. Ona görə həm yaşca böyük, həm də ümumiyyətlə böyük sənətkar olmağımdan istifadə edib, sənə ərklə bir məsləhət vermək istəyirəm. Gözəl qızım, arzum budur ki, sənə gözəl yerdən bəxt açsın, gözəlliyinə gözəllik qatsın. Amma belə olmaz. Sən gələcəyin gəlinisən, yoldaşısan, anasısan… Sabah sənin qaynatan, qayınların, yoldaşın və övladın, bu kimi cürbəcür vəziyyətlərdə çəkdirtdiyin şəkillərdən narahat olub, əziyyət çəkə bilərlər. Odur ki, matı qızım, durma, eşit Nüşabə xalanı, poz bütün bunları…”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...