Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günay İbrahimli Röya Ayxanın qatıldığı festivaldan niyə uzaqlaşdırıldı? - YENİLƏNİB - VİDEO

Prodüser Tarix Əliyev Günay İbrahimli və Röya Ayxan qalmaqalına münasibət bildirib.

Mynews.az bu barədə Axşam.az-a istinadla xəbər verir.

“Bu tədbirin təşkilatçısı mən idim. Festivala havayı yox, qonorarla gedirdilər. Röyanın da, Günayın da istədiyi məbləği öyrəndim. İkisinin də çıxışının razılığını aldım. Son bir həftə qalmış orada planlar dəyişdi. Dedilər ki, iki müğənnidən biri seçildi, o da Röya. Mən də Günaya dedim. Günayı festivaldan necə çıxarmaq olar? “Instagram”da nömrəsi var, zəng edib özünə deyərlər. Günay heç vaxt Röyanın adını onun işini “buran” kimi çəkməz”, - deyə Tolik bildirib.

Məsələyə təşkilatçı Tural Everest də cavab verib. O bildirib ki, Günayın festivalda çıxış etməməsini təşkilatçılar istəyib: “Mənə dedilər ki, Azərbaycandan ən məşhur müğənnilər lazımdır. Mən də Aygün Kazımova, Günay İbrahimli və Röya Ayxanı dedim. Onlar da Günay və Röyanı seçdilər. Sonra da mənə zəng etdilər ki, pulumuz çatmır və Röyanı seçirik. Dedilər ki, “Youtube”da videolarına baxdıq, onu çox izləyiblər. Günayı çox bəyənirəm, onu küsdürmək istəmirəm”.

10:02

Müğənni Günay İbrahimli bir müddət əvvəl Qazaxıstanda keçirilən “Star of Asia” musiqi festivalına dəvət olunduğunu deyib.

Mynews.az-ın məlumatına görə, festivala Günayla yanaşı Azərbaycandan əməkdar artist Röya Ayxan və prodüser Tarix Əliyev (Tolik) də dəvət olunub. Amma sonra konsertdə yalnız Röya yer alıb.

Günay “ATV maqazin onlarla” verilişində festivala getməməsinin səbəbini açıqlayıb. Sənətçi qəsdən konsertdən uzaqlaşdırıldığını iddia edib:

“Bunu Tolik danışmışdı. Mənə dedi ki, iki ifaçı istəyiblər, biri də mən idim. Mən o konsertdə var idim. Özləri istəmişdi, amma sonra bilmirəm, nə oldusa, yox oldum. Festivala az qalmış zəng vurdular ki, Günay yoxdur. İnsanlara yaxşılıq etməyi xoşlayıram, o prinsiplə də yaşayıram. Kimsə mənə pislik edib əhval-ruhiyəmi poza bilməz. Məndən qorxurlar, çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, bəlkə böyümüşəm. Hamı ilə yaxşıyam, hamını yola verirəm”. 

İbrahimli şou-biznesdə heç kimlə dostluq etmədiyini söyləyib:

“Başqa sahənin insanları ilə dostluq edirəm. Zamanında çox dostluq edib, yanılmışam. Davaların olmaması üçün kənara çəkilmişəm. Şəxsi həyatımda olan insan ən yaxşı dostumdur. Ona görə heç kim mənə nəsə deyə bilməz, ondan çəkinirlər. Dostum, sevgilim, can yoldaşım yanımdadır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...