Lalə Məmmədova Fədayə Laçın haqda: O, saf sevginin qurbanı oldu
Əməkdar artist Lalə Məmmədova müğənni Fədayə Laçının həbs olunması xəbərinə münasibət bildirib.
Mynews.az xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı paylaşım edib.
“Əzizlərim, heç vaxt heç kəsi qınamayın. Sabah başımıza gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son xəbərlərlə bağlı yalnız bunu deyəcəyəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbr versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramızda olacaqsan. Səni çox sevirəm”, - deyə L.Məmmədova yazıb.
Xatırladaq ki, müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 954 dəfə oxunub
- Emin Ağalarov söz verdi 953 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 952 dəfə oxunub