Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bəxt üzüyü” filminin DAVAMI ÇƏKİLDİ - “Planet Parni iz Baku” komandası İŞ BAŞINDA - VİDEO - FOTOLAR

Azərbaycan kinematoqrafiyasının ən gözəl komediya filmlərindən biri olan “Bəxt üzüyü”nün davamı çəkilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, filmin adı “Bəxt üzüyü 2” olacaq. Ekran işinin çəkilişlərini isə “Planet Parni iz Baku” komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir.

Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir.

Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimova və başqaları çəkilib.

Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov da Publika.az-a açıqlamasında məlumatı təsdiqləyib:

“Artıq çəkilişlərimiz bitib. Ancaq filmin nə vaxt yayımlanacağı ilə bağlı məlumatım yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...