Nanə Fədayənin “Qoca” ilə qaçmasına necə mane olub? - Müğənni təşvişə düşərək, ağlamağa başlayıb
"Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında əli olduğu bildirilən müğənni Fədayə Laçınla bağlı maraqlı faktlar ortaya çıxıb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, Fədayə Laçın Etibar Məmmədovla qaçmazdan öncə ATV-də yayımlanan "Nanəli” verilişinin çəkilişində olub. Bu zaman ona zəng gəlib. Təşvişə düşən müğənni çəkilişi yarımçıq saxlayaraq, studiyanı tərk etmək istəyib. Bu zaman aparıcı Nanə Ağamalıyeva ona iradını bildirib və müğənniyə sona qədər oturacağını deyib. Həyəcandan əl-ayağı titrəyən Fədayə təşvişə düşərək, ağlamağa başlayıb. "Mən təcili getməliyəm” deyən müğənniyə pavilyondan çıxmağa imkan verilmədiyindən, o, çəkilişin bitməsini gözləməyə məcbur olub. Çəkiliş bitən kimi bir küncə çəkilən Fədayə Laçın ara vermədən kimlərəsə zəng edərək, ağlaya-ağlaya danışıb. Görünür, elə verilişdən çıxan kimi də o, sevgilisinə köməyə gedib və gecə saatlarında Qazaxda həbs olunub. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməkdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Sözügedən sayt hadisə ilə bağlı "Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva ilə əlaqə saxlayıb. Aparıcı bu barədə sualı cavablandırmaqdan imtina edib.
Loading...
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 975 dəfə oxunub
- Emin Ağalarov söz verdi 975 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 973 dəfə oxunub
loading...