Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Röya və Nigar "Altın Kelebek" gecəsinə geyimləri ilə DAMĞA VURDU - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Elektra Events Hallda "Altın Kelebek" mükafatlandırılma mərasiminin tədbiri keçirilib.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, 2000-dən çox qadının qatıldığı tədbirdə ilk olaraq səhnəyə rəqs qrupu çıxıb, daha sonra isə səhnədə gecənin aparıcısı Nəsib Nur görünüb. Gecədə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə yarışan ifaçıların mini konserti baş tutub.

İştirakçılardan öncə səhnəyə türkiyəli aktrisa Neslihan Atagül çıxaraq gələn qonaqları salamlayıb:

"Hamınız çox gözəlsiniz, belə qarşılanacığımı bilməzdim. Bakıya enər-enməz buraya daha əvvəl gəlmədiyim üçün peşman oldum. İnsanlarınız çox səmimidir".

Tamaşaçıların aktivliyi ilə seçilən tədbirdə səhnəyə ilk öncə Avroviziya təmsilçimiz Nigar Camal çıxıb. Daha sonra Miri Yusif öz hitlərini səsləndirib. Sonda isə konserti bağlamaq üçün Əməkdar artist Röya Ayxan təşrif buyurub.

Bu gündən etibarən Azərbaycan üçün namizədlərin səsvermə həyəcanı başlayıb.

Qeyd edək ki, qalib gələn şəxs dekabrın 10-u İstanbulda keçiriləcək mükafatlandırma gecəsində "Azərbaycanın ən parlaq ulduzu" adını qazanacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...