Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaur canlı yayımda 5 min dollardan mərc etdi - Verməsən, öldürərəm səni

Ötən gün "5/5" verilişinin qonağı olan əməkdar artist Nüşabə Ələsgərlini canlı yayımda tərəziyə çıxması maraqlı anlara səhnə olub.

Milli.Az xəbər verir ki, yayım zamanı tərəziyə çıxan xanım müğənni böyük ekranda tərəzinin onu 90 kilo göstərdiyini görüncə Zaur Kamala etirazını bildirib:

"Yalandan. Mən bilirəm ki, bu qədər deyiləm. İndi hələ arıqlamışam. Anadan gəlmə mən hələ 90 olmamışam. Bu vaxta kimi ən ağır çəkim 76 kilo olub. İndi 72 ya olar, ya olmaz. Hələ indi arıqlamışam. Tərəzin işləmir". 

Aparıcı əməkdar artistin etirazını soyuqqanlılıqla qarşılayaraq: "Evdə tərəzi varsa, çək mənə videoyla göndər. 5 min dollardan mərcə girək. Uduzsam, 5 min dollar mən sənə verəcəm, udsam, sən verəssən" deyərək, müğənniyə mərc etməyi təklif edib.

Nüşabə Zaurun təklifini razılıqla qarşılayıb: "Razıyam. Videonu efirdə tamaçılara göstərəssən. Sosial şəbəkə də var ha. Zaur, verməsən, öldürərəm səni".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...