Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Oqtayın inkişaf etməyən yerləri var” - Samirə "od püskürdü" - VİDEO

Oktaydan küsən gərək onun tayı olsun. Deyirəm, ay Oqtay, çıxıb ağzına gələni danışırsan.

Milli.Az xəbər verir ki, bu sözləri ARB TV-nin "Günə davam" proqramına açıqlaması zamanı meyxanaçı, müğənni Samirə deyib.

O, daha sonra meyxanaçı həmkarı Oqtay Kamillə aralarındakı gərginlikdən danışıb.



"Oqtay yaxşı oğlandır. Amma inkişaf etməyən yerləri var. Heç mən olmadığım məclislərdə də elə ifadələr işlədib ki, göndərmişəm ki, utanmırsan? Sadəcə, bu adam özünü hamıdan qabaqda, yüksəkdə görmək istəyir".

Samirə sonda meyxanalarının Oqtayın yazdığı iddiasına da cavab verib:

"Biz məclisə gedəndə meyxana yazıb getmirik. Heç mənim ondan, onun da məndən xəbəri olmur. Küsülü olanda da bir məclisə getmişik. Elə meyxanalarımız olub ki, onları versək, Azərbaycanda dəhşət bir şey olar. 18+ meyxanalar olub. Özü də 2 plusla. Yuyub sərmişik birbirimizi. Neçə dəfə olub ki, Oqtay toya, verilişlərə gəlməyib, məni pis vəziyyətdə qoyub"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...