"Bayram axsamı" filminin imza gecəsi keçirildi - VİDEO
Bu gün "28 Mall Cinema"da "Bayram axsamı" filminin imza gecəsi baş tutub.
BAKU.WS xəbər verir ki, imza gecəsində əsl anşlaq yaşanıb. Filmin aktyor heyyəti ilə izləyicilərin səmimi ünsiyyəti diqqət çəkib.
lk olaraq "Bayram Axşamı" filminin prodüseri Murad Dadaşov imza törəninə qatılan hər kəsi salamlayıb və informasiya dəstəyinə görə, BAKU.WS saytına minnətdarlığını bildirib. Daha sonra o Filmin yaradıcı heyətini təqdim edib.
Filmin senari müəllifi və quruluşçu rejissoru Toğrul Məmmədov, prodüseri Murad Dadaşov, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri İsmayıl Bağırov, montaj rejissoru Emin Muradovdur.
Xüsusi vurğulamaq lazımdır ki, məhz filmin quruluşçu rejissoru Toğrul Məmmədovun təkidi ilə "Bayram axşamı" filminin ərsəyə gəlməsi üçün yalnız Azərbaycandan olan heyət fəaliyyət göstərib. Filmdəki xüsusi effektlər və səhnəcikləri azərbaycanlı kaskadyorlar canlandırıb. Toğrul Məmmədov prinsipial olaraq əcnəbi mütəxəssislərin xidmətindən istifadə etməyib.
Baş rolları rəqqasə Oksana Rəsulova, Murad Dadaşov, İslam Mehrəliyev və Cəmil Məmmədlinin oynadığı filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur.
Qeyd edək ki, "Bayram axşamı" filmi fevralın 16-dan etibarən respublikanın bütün kinoteatrlarında nümayiş etdirilir. Təsadüfi deyil ki, "İlin ən gözlənilən filmi" hesab olunan ekran əsəri tamaşaçıların böyük marağına səbəb olub.
Loading...
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub
loading...