Həkim Aygün Kazımovaya qadağa qoydu - FOTO
Xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards - 2017” beynəlxalq mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. Buna səbəb müğənninin keçirdiyi estetik əməliyyatlardır.
Mynews.az-a açıqlama verən plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov sənətkarın səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət uzaq məsafələrə gedə bilməyəcəyini söyləyib.
“Aygün xanımın iki həftə əvvəl keçirdiyi müxtəlif bədən şəkilləndirilməsi əməliyyatlarından sonra özünü əla hiss edir. Buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır. Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqləri etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub.
Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir”, - deyə o bildirib.
Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçirilən “Daf Bama Music Awards”da iştirak edib və “Azərbaycanın ən yaxşı qadın sənətkarı” mükafatına layiq görülüb. Bu il də adıçəkilən beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycandan məhz Aygün Kazımova namizəd göstərilmişdi.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub