Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ev ala biləcəyim pul verilsə, razılaşaram" - Azərbaycanlı model - VİDEO - FOTOLAR

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan model Nərgiz Abdullayeva maraqlı açıqlamalar verib.

Mynews.az xəbər verir ki, Nərgiz Abdullayeva xalqın modelləri dəstəkləməməsini bildirib:

"Anlamıram ki, xalqımız niyə bizi dəstəkləmir. Ancaq pisləyirlər. Mən bunu başa düşmürəm. Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Bizim modellərimizin onlardan nəyi əskikdir ki?"

Modellik arzusunun birdən-birə ortaya çıxmadığını deyən Nərgiz Abdullayeva hər zaman ailəsinin ona bu sahədə dəstək olduğunu etiraf etdi:

"Modellik mənim üçün sonradan yaranan bir hobbi olmayıb. Uşaqlıqdan istəyim, xəyalım olub. Çalışdığım qədər layiqli adlar almışam, uğurlar əldə etmişəm. Bu işdə ailəm mənə çox dəstək olur. Uşaqlıqdan həmişə deyirdilər ki, nəyi istəyirsənsə, onun arxasınca get. Bizim ailədə sıxmaq filan yoxdur. Hər kəsin fikrinə hörmətlə yanaşılır. Hazırda model və aktrisa kimi fəaliyyət göstərirəm. Özümü ən çox aktrisalıqda görürəm. Bu, məndə içdən gələn bir qabiliyyət, bacarıqdır. Məndə aktrisalıq təbii alınır". 

Müəyyən fotosessiyalar etsə də, hələlik o qədər də iddialı görünməyən fotolar çəkdirən Nərgiz həmkarlarını geridə qoymaq üçün çərçivələri alt-üst etmək istəyirmi?

"Mən də açıq-saçıq çəkilişlər istəyirəm. Özümə güvənirəm. Bilirəm ki, həmin çəkilişlərim uğurlu alınar. Ailəm də buna dəstəkçidir. Hələ ki yaxın ətrafım bunu qəbul eləməz. Mən bu tip fotosessiyaları fərdi deyil, hansısa şirkətin təklifi əsasında etdirməyi düşünürəm". 

İlkləri sevdiyini deyən model Nərgiz Abdullayeva ona təklif ediləcək fantastik qonorar qarşılığında açıq-saçıq fotosessiyalar etdirəcəyini söylədi.

"Tam açıq-saçıq çəkiliş bildiyim qədərilə Azərbaycanda olmayıb. Düzdür, ilklərə imza atamağı sevirəm. Tam açıq-saçıqlıqla yarım açıq-saçıqlıq arasında mənim üçün bir qonorar dayanır. Qonorar elə bir məbləğ olmalıdır ki, mən o qonorara ev ala bilim. Yəni ev ala biləcəyim qonorar verilərsə, o zaman açıq-saçıq fotosessiyalar etdirərəm".

Sosial şəbəkələrdə onu topa-tüfəngə tutub qınaq obyektinə çevirənlərə isə modelin cavabı bu oldu:

"Mən şəkillərimin şərh yerini bağlayıram. Yazırlar ki, soyunmaqla model olunmur. Əslində, bu, yanlış fikirdir. Əgər sən modelsənsə, hər formada çəkilə bilərsən. Hansısa açıq-saçıq şəkil çəkdirib paylaşan kimi şərhlərdə yazırlar ki, soyunmaqla reytinq qazanmaq istəyirsən. Əgər təklif mənə gəlibsə bu, mənim işimdir, etməliyəm". 

Sağlam rəqabət tərəfdarı olan Nərgiz həmkarlarının işini pisləyib gözardına vuranlardan fərqli olaraq, onlardan daha yaxşı iş görməklə cavab verə biləcəyini söylədi:

"Bu sahədə tanımadığm model, aktrisa yoxdur. Düşmən olmağı sevən biri deyiləm. Hər kəsin çəkilişinə, fotosessiyasına sayqı duyuram. Biri var paxıllıq, yəni həmkarının işini pisləyirsən, o başqadır. Ancaq sağlam rəqabət tamam fərqli bir şeydir. Mən həmkarımın işini pisləmək yerinə, ondan daha da uğurlu bir çəkiliş etməklə mübarizə apararam". 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...