Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Leyla Əliyeva konsertdə - FOTOLAR

“YARAT” Müasir İncəsənət Mərkəzində Bencamin Brittenin “Frenk Bric mövzusunda variasiyalar” və Sofiya Qubaydulinanın “Fachwerk” əsərləri təqdim olunub.

“YARAT”dan Mynews.az-a bildirilib ki, Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalar” adlı ən məşhur bəstələrindən birini müəllimi, bəstəkar Bricə həsr edib. 

Musiqili gecədə Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipeyin ifasında təqdim olunan hər iki əsər böyük maraqla qarşılanıb.

Konsertdə ifaçını xalq artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Konserti izləməyə gələnlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...